Yetmiş yaşlı xəstənin qarnından nəhəng törəmə xaric edilib


Digərləri 19 Sen 2018 08:12:00 311 0

Yetmiş yaşlı xəstənin qarnından nəhəng törəmə xaric edilib

İnsan bədənində törəmənin çox böyük ölçülərə çatması onun yavaş böyümə sürətindən xəbər verir. Lakin pasiyentin qarın nahiyəsində yer alan və 30 santimetr ölçüyə malik nəhəng törəmə ətraf orqanlar və damarlara basqı etməklə həyati təhlükəyə səbəb olub.

Son.az bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) AZƏRTAC-a verilən xəbərə görə, keçməyən köp şikayətləri ilə mərkəzə müraciət edən 70 yaşlı xəstədə müayinələr nəticəsində sol böyrək, sidik axarı, bağırsaq və damarlarını ciddi zədələyən retroperitoneal sarkoma aşkar olunub. Nəticədə riskli və böyükhəcmli əməliyyatın keçirilməsinə qərar verilib.

Multidissiplinar yanaşma tətbiq edilərək əməliyyat və anesteziyanın riskləri dəyərləndirilib. Müvafiq hazırlıq mərhələsindən sonra xəstə əməliyyata alınıb. RMDM-in uzman-cərrahı İlqar İsmayılov tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində törəmə tam xaric edilib və eyni zamanda, risk altında olan orqanlar və onların funksiyaları qoruna bilib.


Xəbərə aid fotolar