Adnan Oktarın 30 illik "kedicik"indən QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."


Digərləri 19 Sen 2018 07:52:00 267 0

Adnan Oktarın 30 illik "kedicik"indən QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."

Adnan Oktar təşkilatının "Bacılar" qrupunun ən önəmli üzvlərindən biri olan Ayça Pars təşkilatda baş verən dəhşətli faktların üstünü açıb.

Son.az xəbər verir ki, Ayça Pars Adnan Oktar təşkilatının televiziya və internet nəşrlərinə nəzarət edir, sosil media üzərindən təbliğat aparırdı.

Bütün baş verənləri etiraf edən Ayça Pars deyib ki, Adnan Oktar özünə aşiq olmayan, sevgisinə cavab verməyən qızlara dəhşətli işgəncələr verirdi: "Bizim qrupda 30 nəfərə yaxın qız vardı. Adnan Oktar qrupdakı qızlardan gözünə ilk dəyənə şillə vururdu. Təkcə şillə ilə qalmaz, saçlarından tutub yerdə sürüyür, hətta qayçı ilə saçlarını kəsərdi. Bir qadını alçaldacaq bütün hərəkətləri edirdi. Bu kimi iyrənc, şiddət davranışlara yüz dəfə şahid olmuşam".

"Yayıma 5 dəqiqə ara verəndə qızları döyürdü"

30 ildir Adnan Oktar əsarətində olan Ayça Parsın sözlərinə görə, din sadəcə televiziyada görünən kiçik bir şou idi:

"Din deyilən heç nə yox idi. Bu görüntünün altında ağlınıza gəlməyəcək azğın, vəhşi hərəkətlər dayanırdı. Təşkilatda təkcə sünni şəkildə din adı var. İçəridə baş verənlər insanı dəhşətə gətirirdi. Hücrə sistemi vardı. Təşkilat içində bir nəfərin etdiyini ikinci bir kəs bilməzdi. Hər şeyin başında Adnan Oktar vardı. O özü nəzarət edirdi. Həmişə qızların ona aşiq gözü ilə baxmasını istəyirdi. Kiminsə baxışlarından bunu hiss etməsə, yayıma 5 dəqiqə ara verib o qıza işgəncə edirdi. Saçını yolur, şiddət tətbiq edir, yerdə sürükləyirdi. Bəzən qayçı ilə saçlarını elə hala salırdı ki, yadıma salmaq istəmirəm".


Xəbərə aid fotolar