DİQQƏT: Kompüterlərə 5 dəqiqəlik müdaxilə edilir QARŞISIALINMAZ METOD


Digərləri 19 Sen 2018 07:21:00 252 0

DİQQƏT: Kompüterlərə 5 dəqiqəlik müdaxilə edilir  QARŞISIALINMAZ METOD

İstifadə etdiyiniz ən müasir və bahalı kompyuterlərə belə müdaxilə etmək mümkündür. Bunun üçün hakerlərə maksimum 5 dəqiqə vaxt lazımdır.

Son.az xəbər verir ki, bu barədə Finlandiyanın "F-Secure" şirkəti məlumat yayıb. İnformasiya təhlükəsizliyi və məxfilik proqramlarının hazırlanması ilə məşğul olan şirkət mütxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri bunu deməyə imkan verir.

Hakerlərin istənilən kompyuterə fiziki giriş imkanının olması kifayətdir ki, 5 dəqiqə müddətində istənilən informasiyanı köçürə bilsin. Hücum "perezaqruzka"(yenidən yükləmə) funksiyasının köməyilə həyata keçirilir. Bunun üçün kompyuterdə icra edilən əmrləri tamamlanmadan kompüteri söndürmək və ya yenidən yükləmək bəs edir. Bundan sonra əməli yaddaşda əlçatan olan məlumatların bərpası proqramı işə salınır.