Şeyxin 300 milyonluq heyrətamiz yaxtası


Digərləri 19 Sen 2018 06:30:00 217 0

Şeyxin 300 milyonluq heyrətamiz yaxtası

Dubay şeyxi Abdullah Əl-Futtaimin "Radiant" ultralüks yaxtası Bodrum limanına girə bilməyib. Uzunluğu 110 metr olan 4 mərtəbəli yaxta elə açıq dənizdə lövbər salıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, 286 milyon dollar qiyməti olan yaxtada gün ərzində yaşanan hərəkətlilik diqqətdən yayınmayıb. Yaxtanın üzərində olan təhlükəsizlik sistemlərinin ən müasir səviyyədə hazırlandığı bildirilir. Belə ki, xüsusi qorunan yaxtaya 100 metrdən az yaxınlaşmaq mümkün deyil. Başqa bir yaxta yaxınlaşdıqda isə süni dalğa yaradaraq uzaqlaşdırılır.

Yaxtanın mühüm xüsusiyyətlərindən biri isə fövqəladə vəziyyətlərdə qırıcı təyyarələrdə olduğu kimi katapult sisteminin olmasıdır. Yaxtaya hər hansı hücum olarsa, turbo mühərrikləri 75 knot sürət yığa bilir.