Nebenzya: Rusiya, Türkiyə və İran İdlibу üzrə danışıqları davam etdirəcəklər


Digərləri 19 Sen 2018 03:16:00 235 0

Nebenzya: Rusiya, Türkiyə və İran İdlibу üzrə danışıqları davam etdirəcəklər

Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir

Bakı. Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib. V.Nebenzya deyib: "Rusiya İdlib ətrafında vəziyyətin danışıqlar yolu ilə nizamlanması, mülki əhaliyə zərər dəyməməsi üçün digər Astana prosesinin qarant-ölkələri ilə birlikdə böyük səylər göstərib və göstərməyə davam edəcək ".