Bakı metrosunda canlı musiqi FOTO


Digərləri 18 Sen 2018 23:21:00 318 0

Bakı metrosunda canlı musiqi  FOTO

Milli Musiqi Günü münasibətilə Bakı metropoliteninin stansiyalarında musiqiçilərin canlı ifalarından ibarət konsert proqramı təşkil edilib.

"Bakı metropoliteni" ASC-nin rəhbərliyi Milli Musiqi Günü münasibətilə öz sərnişinlərini orijinal şəkildə təbrik etmək qərarına gəlib. Metronun dörd stansiayasının vestibülündə musiqiçilərin canlı ifaları səslənib. Onlar Azərbaycan bəstəkarlarının klassik əsərlərini, xalq mahnılarını və muğamları ifa ediblər.

Konsertlər metronun "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında keçirilib. Hər stansiyada musiqiçilər 1,5 saat çıxış ediblər. Zamanın bir hissəsi klassik musiqiyə, qalanı isə xalq mahnılarına və muğamlara ayrılıb.


Xəbərə aid fotolar