İmam Hüseyn məktəbində həqiqi azadlıq


Digərləri 18 Sen 2018 23:15:00 238 0

İmam Hüseyn məktəbində həqiqi azadlıq

İlahi peyğəmbərlərin (ə) məktəbində insanın kamal və səadəti onda idi ki, ubudiyyət və bəndəlik məqamına çatsın. Bütün pyğəmbərlər (ə) məhz bu risalət üçün məbus olublar. Onlar deyərdilər: "Allaha ibadət edin və Ondan qeyrisindən itaət etməkdən çəkinin".

Bu risalətdə bütün insanlar bərabər təqdim olunub və heç bir insanın haqqı yoxdur ki, İlahi peyğəmbərlərin risalət və vilayətini inkar etsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) məktəbinin də risalət və əsil vəzifəsi məhz bu idi. Ona görə də Həzrət (ə) bu məqsədinə çatmaq üçün zalım güruhla vuruşur və ona qarşı qiyam edir. O, Əməvi hökumətinin iç üzünü açaraq, insanlara göstərir və dünyada qul olmamaq üçün şəhadəti seçir.

İmam Sadiq (ə) cəddi İmam Hüseyndən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: "Ey insanlar! Allah Təala bəndələri Ona mərifət əldə etmək üçün xəlq etmişdir. Ona görə də o zaman ki, Onu tanıdılar - ibadət etdilər. O zaman ki, ibadət etdilər - Ona pərəstiş etməyə görə başqasına ibadət etməkdən ehtiyacsız oldular".

İmam Hüseyn (ə) məktəbinin əsil şüarı budur ki, azad insan Allahdan qeyrisinə ibadət etməməlidir. Çünki insan ancaq bu zaman həqiqi azad ola bilər. Əgər azadlıq bu mənada təmin olunarsa, o zaman bütün azadlıqlar da təmin olunacaqdır.

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyə verən zaman buyurur: "Oğlum, Allah səni azad yaratdığı üçün başqasının qulu olma".