İsrail təyyarə olayında günahkarları tapdı –


Dünya 18 Sen 2018 23:16:00 239 0

İsrail təyyarə olayında günahkarları tapdı –

Rəsmi Tel-Əviv həmçinin, Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyət daşımadığını da bildirib

İsrail Suriyada Rusiyaya məxsus "İl-20" təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

. İsrail tərəfinin fikrincə, baş verənlərdə günahkarlar rəsmi Dəməşq, İran və Hizbullah təşkilatıdır.

Qeyd edək ki, Rusiyanın Suriyanın Xmeymim əyalətində yerləşən hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya hərbi bazasının komandanlığı axtarış-xilasetmə işlərinə başlayıb. "MarineTraffic" portalının məlumatına görə, hazırda Tartus limanı yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Professor Nikolay Murov" xilasetmə yedək gəmisi yer alıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb. İsrail hərbçiləri isə Rusiya Müdafiə Nazirliyinin bəyanatını şərh etməkdən imtina ediblər.