Bunları şam yeməyində yeməyin!


Digərləri 18 Sen 2018 23:05:00 276 0

Bunları şam yeməyində yeməyin!

Mütəxəssislər axşam saatlarında ağır həzm olunan və orqanizmə stimullaşdırıcı təsir edən qidaları yeməyi tövsiyə etmirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər belə qidaların siyahısını hazırlayıb.

- Düyü. Bu məhsul nişasta və asan mənimsənilən karbohitratlarda zəngindir, qanda şəkərin tez qalxmasına və sonra tez də düşməsinə səbəb olur. Düyü iştahanı artırır və orqanizmdə piylərin yığılmasına səbəb olur.

- Şirin un məmulatları (piroq, peçenye, tort və s.). Xüsusilə bu dükanlarda satılan hazır məmulatlara aiddir. Axşam saatların yeyildikdə belə məhsullar mübadiləni pozur və piylənməyə səbəb olur.

- Şirin meyvələr. İnsulinin yüksəlməsinə, iştahanın artmasına və piylərin yığılmasına səbəb olur.

- Şokolad. Tez mənimsənilən karbohidratlar və şəkər metabolik proseslərə mənfi təsir edir və həmçinin şokolad yuxusuzluğa səbəb olur.

- Duzlu qidalar, şorabalar. Mədə problemlərinə və yuxusuzluğa səbəb ola bilər.