Paşinyanın buna haqqı yoxdur


Dünya 18 Sen 2018 20:48:00 235 0

Paşinyanın buna haqqı yoxdur

Ermənistanda hüquq-mühafizə orqanları "Yerevan.Tuday" xəbər saytının ofisində və portalın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib.

Əməliyyatlar Ermənistanın Milli Təhlükəsizlik və Xüsusi İstintaq xidmətləri rəhbərlərinin gizli səs yazısının yayılması ilə əlaqələndirilir. Təhlükəsizlik qüvvələri "Yerevan.Tuday"in həmin səs yazısını digər KİV-lərdən 2 gün əvvəl yaydığını iddia edirlər. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu və xəbərin eyni vaxtda başqa KİV-lərdə də yerləşdirildiyini bildirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Qraparak" qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər mətbu orqanlardan 5 gün əvvəl yaymaqda ittiham olunurlar. Ermənistanın hüquq-mühafizə orqanları hesab edir ki, hamıdan əvvəl səs yazısını yayan "Yerevan.Tuday" və "Qraparak" məsələ ilə bağlı əvvəlcədən məlumatlı olub. Onların səsi məxfi şəkildə yazan şəxslə birbaşa əlaqəsinin olduğu ehtimal edilir.