ATVnin əməkdaşına bıçaqla hücum etdilər
Digərləri 18 Sen 2018 19:44:00 233 0
ATV telekanalının əməkdaşları avtobus dayanacaqlarında saxlayan taksi sürücüləri ilə bağlı süjet hazırlayıb.
Son.az axşam.az-a istinadən xəbər verir ki, dayanacaqda avtobusların taksilərin ucbatından yer tapa bilmədiyini lentə alıb.
Çəkiliş zamanı taksi sürücülərindən biri operator Mirəziz Mirəlioğluna bıçaqla hücum edib. O, əvvəlcə operatoru maşınına otuzdurmağa çalışıb, sonra isə onun üstünə hücum edərək, çəkiliş aparmamasını istəyib. Çəkiliş qrupu polisə şikayət edib və sürücü saxlanılıb.
Mənbə: milli.az