Masallıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidməti açılıb


Digərləri 18 Sen 2018 18:18:00 224 0

Masallıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidməti açılıb

Prezident İlham Əliyev Masallıda yaradılmış sənaye məhəlləsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin Dostu xidmətinin açılışını edib.

Dövlət başçısına KOB Dostu şəbəkəsi barədə məlumat verilərək bildirilib ki, bu layihə Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, KOB Dostu xidmətinin missiyası və fəaliyyətinin başlıca istiqamətləri ölkə Prezidentinə təqdim edilib.

KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq ediləcək.

KOB Dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarət olacaq. Bu istiqamətdə fəaliyyət, bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, digər tərəfdən Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir.