Pakistan Senatının sədri Azərbaycana gəlir


Digərləri 18 Sen 2018 18:14:00 244 0

Pakistan Senatının sədri Azərbaycana gəlir

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək

Bakı. Ləman Zeynalova - Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, o, sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Dörd gün davam edəcək rəsmi səfərdə M.S.Səncari ilə yanaşı Pakistan Senatının daha 3 üzvü iştirak edəcək. Səfər zamanı Senat sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək. Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin