Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır


Digərləri 18 Sen 2018 17:37:00 83 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır

Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb.

Bakı. Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. Bu məqsədlə, sentyabrın 18-də Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının Direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin Vitse-prezidenti Kora Tanqın (Cora Tаng) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti “Azərbaycan Hava Yolları” aviaşirkətinin, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və “Silk Way” şirkətlər qrupunun nümayəndələri ilə görüşmüşdürlər. Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” auditor şirkəti tərəfindən maksimum “5 Ulduz” reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) ilə tanış olmuşdurlar. AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunmuşdur. Qonaqlar qeyd etmişdirlər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılan imkanlar onlara böyük təəssürat bəxş etmişdir. Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan böyük turizm potensialına malikdir. “Azərbaycan Hava Yolları” tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edilmişdir. Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcəkdir. Tərəflər həmçinin Azərbaycan və Çin arasında çoxillik tarixə malik yük aviadaşımaları sahəsində əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirmişdirlər. Görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunmuşdur. Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və “Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanmışdır. Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.
Qarabağ-ın rəqibindən FİFA-ya şikayət olunub like
  • 18 Sen 17:28  
İdman Qarabağ-ın rəqibindən FİFA-ya şikayət olunub

İspaniyanın Racing klubu Qarabağ-ın Avropa Liqasının qrup mərhələsində

arrow Ətraflı
Tələbələrin UNEC-də ilk günü maraqlı xatirələrlə yadda qalıb (FOTO) like
  • 18 Sen 17:27  
Digərləri Tələbələrin UNEC-də ilk günü maraqlı xatirələrlə yadda qalıb (FOTO)

UNEC tələbələrin Universitetdə ilk gününü zəngin, maraqlı proqramla ke

arrow Ətraflı
Türkiyə XİN: İdlibdə hərbi əməliyyat keçirilməyəcək like
  • 18 Sen 17:22  
Digərləri Türkiyə XİN: İdlibdə hərbi əməliyyat keçirilməyəcək

Suriyanın İdlib şəhərində hərbi əməliyyat keçirilməyəcək.

arrow Ətraflı
XI sinif şagirdi atasını öldürdü – like
  • 18 Sen 17:20  
Kriminal XI sinif şagirdi atasını öldürdü –

2 gün əvvəl Göygöl rayonunun Yeni Qızılca kəndində 17 yaşlı oğlanın

arrow Ətraflı
Azərbaycana gələn əcnəbilərin sayı 8,5 faiz artıb like
  • 18 Sen 17:16  
Digərləri Azərbaycana gələn əcnəbilərin sayı 8,5 faiz artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsində

arrow Ətraflı
"Deyirdin, mahnımı Tarkan oxuyacaq?" like
  • 18 Sen 17:12  
Şou-biznes "Deyirdin, mahnımı Tarkan oxuyacaq?"

Müğənni Ramal İsrafilov "5/5" verilişinin qonağı olub.

arrow Ətraflı
Balıq və balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ edildi like
  • 18 Sen 17:12  
Digərləri Balıq və balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ edildi

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində qida

arrow Ətraflı
Çexiya millisinin yeni çalışdırıcısı məlum olub like
  • 18 Sen 17:09  
İdman Çexiya millisinin yeni çalışdırıcısı məlum olub

Çexiya millisinin yeni baş məşqçisinin adı bəlli olub. Goal.a

arrow Ətraflı
"İlin ən yaxşı avtomobili" adına namizədlər açıqlandı like
  • 18 Sen 17:08  
Digərləri "İlin ən yaxşı avtomobili" adına namizədlər açıqlandı

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nomina

arrow Ətraflı
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb like
  • 18 Sen 17:07  
Digərləri İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Bu iilin yanvar-avqust ayları ərzində İrana gedən Azərbaycan vətəndaşla

arrow Ətraflı