Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu


Dünya 18 Sen 2018 16:56:00 250 0

Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu

İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.

Son.az bildirir ki, Trend-in erməni mətbuatına istinadən yaydığı məlumata görə, 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb.

Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu T. Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib.