Prokuror iranlı tələbəni Bakıda öldürən dəstəyə ağır cəza istədi - 58 il 6 ay


Digərləri 18 Sen 2018 14:38:50 188 0

Prokuror iranlı tələbəni Bakıda öldürən dəstəyə ağır cəza istədi - 58 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirləndirilən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirləndirilən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı R.Seydiyevanın 10 il, N.Babaverdiyev və Y.Camallının hər birinin 20 il, P. Əlməmmədovun 15 il, Z. Dünyamalıyevin isə 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Proses sentyabrın 25-də davam etdiriləcək.