Daha bir gəmi əsaslı təmir olundu FOTO


Digərləri 18 Sen 2018 14:24:00 534 0

Daha bir gəmi əsaslı təmir olundu  FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "Nerça" təchizat-yedək gəmisi "Bibiheybət" Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

QSC-dən Son.az-a verilən məlumata görə, proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Bununla belə, gəmi tərsanəyə qaldırılaraq hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, onun üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrin dəyişdirilməsi işləri yerinə yetirilib. Həmçinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.


Xəbərə aid fotolar