Şahzadənin xanımı müsəlman qadınlarla mətbəxdə


Digərləri 18 Sen 2018 14:15:00 255 0

Şahzadənin xanımı müsəlman qadınlarla mətbəxdə

İngiltərə Şahzadəsi Harri ilə evli olan Susseks hersoginyası Meqan Markl müsəlman qadınlarla birlikdə yemək bişirib.

Son.az publika-ya  istinadən xəbər verir ki, Meqan 14 iyun 2017-ci ildə Londonda "Grenfell Tower"də baş vermiş yanğında ölən 72 nəfərin ailələrinə dəstək üçün müsəlman qadınlarla birlikdə nahar hazırlayıb.

Məlum olub ki, Şahzadə xanımı yanvar ayından etibarən Müsəlman Cəmiyyətin evinə bir neçə dəfə gizlicə gedərək "Grenfell Tower" üçün hazırlanan yemək kitabına şəxsən öz töhfələrini verib. Meqan Markl kitabın müqəddiməsində cəmiyyətin yeməkxanasını "Hubb Community Kitchen - birlikdə gülən, kədərlənən, ağlayan və yemək bişirən qadınların yeridir. Burada mədəni milliyyət bir damın altında birləşir və hər kəsin özünü rahat hiss edə biləcəyi guşə yaradılır. "Hubb Community Kitchen"-də hamı birləşməyə və ünsiyyətə ümumi ehtiyacı hiss edir, həmçinin birlikdə yemək hazırlama prosesində sevincləri və uğursuzluqları bir-biri ilə paylaşmağı öyrənirlər".


Xəbərə aid fotolar