Salyan sakinindən silah və narkotik vasitələr götürülüb


Digərləri 18 Sen 2018 13:31:37 238 0

Salyan sakinindən silah və narkotik vasitələr götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.