Komitə sədri: Zəncir vurmaq, qan çıxarmaq sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir (FOTO)


Digərləri 18 Sen 2018 13:37:00 280 0

Komitə sədri: Zəncir vurmaq, qan çıxarmaq sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir (FOTO)

Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.

Bakı. Elçin Mehdiyev - Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.