Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi


Digərləri 18 Sen 2018 11:49:00 287 0

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən protest və müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarı ilə protest və şikayətin heç biri təmin edilməyib.

Qeyd edək ki, Elnur Nəhmətov, Ruslan Məmmədov və Pərviz Hüseynov Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilərək həbs olunublar.