Emmy: İlin ən yaxşı serialı seçildi FOTO


Digərləri 18 Sen 2018 10:00:00 233 0

Emmy: İlin ən yaxşı serialı seçildi  FOTO

ABŞ-ın Los-Anceles şəhərindəki "Microsoft Theater"da "Emmy Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Son.az TMZ-yə istinadən bildirir ki, 70 illik tarixi olan mərasimin builki təqdimatının triumfatoru "Game of Thrones" teleserialı olub. Bu telesaqa "İlin ən yaxşı dramatik serialı" seçilib.

ABŞ-ın HBO telekanalında nümayiş olunan teleserialda Tirion Lannister rolunu oynayan aktyor Piter Dinkleyc "Arxa planda ən yaxşı kişi rolu" mükafatını alıb.

"Game of Thrones" fentezi teleserialı artıq üçüncü ildir ki, bütün rəqibləri geridə qoyur. Serial indiyədək 130 "Emmy" mükafatı alıb.

ABŞ Televiziya Akademiyasının təsis etdiyi "Emmy" 1949-cu ildən bəri təqdim olunur.

"Emmy Awards" mükafatının nominasiyalarını və qalibləri təqdim edirik:

"Ən yaxşı komik serialı" - "The Marvelous Mrs. Maisel"

"Ən yaxşı dramatik serial" - "Game of Thrones"

"Ən yaxşı mini-seriya" - "The Assassination of Gianni Versace: American Crime Story"

"Mini seriyada ən yaxşı kişi aktyor" - Darren Krayss ("The Assassination of Gianni Versace: American Crime Story")

"Mini seriyada ən yaxşı aktrisa" - Regina King ("Seven Seconds")

"Komik serialda ən yaxşı aktyor" - Bill Hader ("Barry")

"Komik serialda ən yaxşı arxa plan aktyoru" - Henri Uinkler ("Barri")

"Komik serialda ən yazşı aktrisa" - Reyçel Brosnahan ("The Marvelous Ms, Maisel")