Damaq qanaxmalarını və diş ağrılarını tərxunla müalicə etmək olar


Digərləri 18 Sen 2018 08:21:00 272 0

Damaq qanaxmalarını və diş ağrılarını tərxunla müalicə etmək olar

Tərxun ətirli tərəvəzlərdəndir ki, bəzi yerlərdə onu "tərəvəzlərin padşahı" adlandırırlar. Tərxunun tərkbində çox sayda vitaminlər və mineral maddələr vardır. Tərxun damaqda olan qanaxmalar üçün çox faydalıdır. Tarix boyu bu tərəvəzdən diş ağrılarını sakitləşdirmək üçün istifadə edirdilər.

Tərxun yeməyin həzm olunmasına yardım edir. Bəzən mədə stressə görə müəyyən narahatlıqlar keçirir və tərxun yemək həzmə yardım edir. Tərxun mədəni qüvvətləndirər, iştahanı açar. Tərxun sidikqovucudur.

Tərxun tərkibində olan anti-oksidantlara görə bədəndə olan iltihabı aradan qaldırır və bədənin metabolizminə yardım edir. Tərxun həmçinin əzələlərdə olan ağrıları sakitləşdirməyə yardım edir. Bu bitki bədənin viruslar qarşısındakı müqavimətini gücləndirər.