Əsəbləri sakit edən bitkilərə bələd olaq


Digərləri 18 Sen 2018 07:41:00 337 0

Əsəbləri sakit edən bitkilərə bələd olaq

Stress, əsəb gərginlikləri müasir həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bəzən əsəblərimizi sakitləşdirmək üçün bir neçə sakitləşdirici dərmanların sorağına gedirik. Lakin maraqlısı budur ki, ətrafımızda olan ərzaqların içərisində əsəbləri sakit edən qidaların olduğunu bimirik. Gəlin bu ərzaqlarla tanış olaq.

1. Meyvələr. Meyvələrdən banan, portağal, ananas, alma, üzüm, tut və s. vitaminlərlə zəngin meyvələrdir. Bu meyvələr triptofanı serotoninə çevirir. Serotonin insanı sakitləşdirən hormondur. Ona görə də nə zaman əsəbləriniz gərgin olsa, bu meyvələrdən yeməyə və ya şirəsini içməyə çalışın. İdmançıların bir çoxu ağır yarışlardan sonra banan yeyirlər. Bu meyvənin tərkibində kalium vardır. Bundan baqşa maqnezium, vitamin B6 da vardır. Tərkibində amin turşuları çoxdur. Bədəndə serotonin hormonunu istehsal edər. Bu hormon stressi azaldar və insana sağlam yuxu gətirər.

2. Şirin kartof. Şirin kartofun tərkibində A, C, B vitaminləri və karbohidrat vardır. Şirin katrof sizin əsəb sisteminizi sakitləşdirər, stressi azaldar.

3. Kərəvüz. Kərəfs sterss əleyhinə olan bir ərzaqdır. Əsəb gərginliyindən əziyyət çəkənlər üçün münasib qidadır. Həmçinin yüksək qan təzqiyini aşağı salar. Qan təzqiyi normada olarsa, insan özünü sakit hiss edər.