Dünyaya ən yaxın planetlərdən birində yaşamaq mümkündür ALİMLƏRDƏN ŞOK İDDİA


Digərləri 17 Sen 2018 23:40:00 280 0

Dünyaya ən yaxın planetlərdən birində yaşamaq mümkündür  ALİMLƏRDƏN ŞOK İDDİA

"Livescience" nəşrinin yaydığı məlumata görə, Dünyada iqlim dəyişikliyinin tədqiq edən alimlər xüsusi komputer və teleskoplar vasitəsilə 2016-cı ildə kəşf edilən "Proxima Centauri b"-nin səthində müxtəlif su kütlələri aşkarlayıblar.

Son.az xəbər verir ki, yüksək miqdarda maye aşkarlanması eləcə də canlı orqanizmlərin mövcudluğu üçün müxtəlif şərtlərin olması bu planetdə həyatın var ola biləcəyinə işarədir.

Bəzi səthlərdə açıq okeanların olduğu da iddialar arasındadır.

Elm adamları, nəhəng qitələr, bir və daha çox atmosfer komponentlərini və okeanın duz miqdarında dəyişikliklər kimi bir çox amilləri araşdıran zaman ümumilikdə 18 müxtəlif ssenari üzərində çalışıblar. Bütün bu modellərə daxil olan faktorlardan bir neçəsi "Proxima Centauri b"-nin səthində aşkarlandığı üçün alimlər qəti şəkildə burada həyat olduğu qənaətinə gəliblər.