Evinə gələn kişi arvadını qohumu ilə tutdu


Digərləri 17 Sen 2018 19:04:00 249 0

Evinə gələn kişi arvadını qohumu ilə tutdu

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi xəyanətə görə baş verib.

Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, sevgilisi, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.