Paytaxtın bir sıra küçələrində tıxac var


Digərləri 17 Sen 2018 18:50:00 231 0

Paytaxtın bir sıra küçələrində tıxac var

Paytaxtın bir sıra küçələrində tıxac var.

Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəli xan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti - hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi - mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.