Bakının fəthi:


Digərləri 17 Sen 2018 17:06:00 295 0

Bakının fəthi:

15 sentyabr 1918-ci il Bakı şəhərinin xilaskar türk ordusu tərəfindən bolşevik rus və daşnaktütyun erməni ordusundan xilas olunduğu gündür. Və bu gün Rifah Gold psixoloji reabilitasiya və nitq inkişaf mərkəzi "Rize" restoranı, müğənni Sabuhassan və bəstəkar, prodüsser Fərahim Sadiqinin təşəbbüskarlığı ilə Bakının fəthinin 100 illiyi münasibəti ilə tədbir təşkil olundu, Autizmli uşaqlarla birgə Fəxri xiyabanda şəhidlərimiz ziyarət edildi. 

1918-ci ildə Osmanlı Türkiyəsi Azərbaycan və Dağıstanı xilas etmək üçün qərargah yaradanda hələ 29 yaşı olmasına baxmayaraq, böyük döyüş təcrübəsi olan və cəsur sərkərdə kimi tanınan Nuri Paşa Qafqaz Islam Ordusunun komandanı vəzifəsinə təyin olundu. Və ona padşah tərəfindən növbədən kənar general mayor rütbəsi verildi. O, Türkiyədə müdafiə naziri Ənvər Paşanın qardaşı idi. Nuri Paşa 1918 ci ilin mayında Azərbaycana gələrək Qafqaz Islam Ordusunun yaradılmasında və təşkilatlanmasında, türk qüvvələrinin vaxtında Azərbaycana gətirilməsində və nəhayət Azərbaycanın düşmən əskərlərindən təmizlənməsində böyük rol oynamamışdır. Nuri Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dən bir birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq Bakını fəth edir, bolşevik - daşnak qaniçənlərindən təmizlədi və həmin ilin 15 sentyabr tarixi yaddaşlara "Bakının fəthi" olaraq keçir. Bakının fəthinin sonra Nuri Paşanın ordusu hətta Azərbaycanın digər bölgələrində, Qarabağda, Şuşada v s. Də Azərbaycan bayrağını dalğalandırdı. Bu gün həmin gündən 100 il ötür. Bu günkü tədbirdə əməyi keçən hər kəsə təşəkkür edirik.


Xəbərə aid fotolar