AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır


Digərləri 17 Sen 2018 12:18:00 267 0

AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, 2018-2019-cu tədris ilində AMEA-nın magistraturasına daxil olmaq üçün 92 plan yeri üzrə 1124 bakalavr müraciət edib:

"Bu, 1 yer üzrə 12-13 nəfərin sənəd verməsi deməkdir. Amma elə ixtisaslar var ki, orada 1 yer üzrə 41 nəfər bakalavr ərizə verib. Bu onu göstərir ki, AMEA-nın magistraturasına maraq ildən-ilə artır".