AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır


Digərləri 17 Sen 2018 11:19:00 207 0

AMEA 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır

Azərbaycan Milli Elmlər Akademiyası 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O qeyd edib ki, 2018-2019-cu tədris ilində AMEA-nın magistraturasına daxil olmaq üçün 92 plan yeri üzrə 1124 bakalavr müraciət edib: "Bu, 1 yer üzrə 12-13 nəfərin sənəd verməsi deməkdir. Amma elə ixtisaslar var ki, orada 1 yer üzrə 41 nəfər bakalavr ərizə verib. Bu onu göstərir ki, AMEA-nın magistraturasına maraq ildən-ilə artır".