Azərbaycanda məhkum uşaqların sayı açıqlanıb


Digərləri 17 Sen 2018 09:11:50 216 0

Azərbaycanda məhkum uşaqların sayı açıqlanıb

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Trend-in məlumatına görə, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub. Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib.