Kanadada yük qatarı relsdən çıxıb, ölən var


Dünya 17 Sen 2018 08:12:00 250 0

Kanadada yük qatarı relsdən çıxıb, ölən var

Kanadanın Manitoba vilayətində yanacaq daşıyan yük qatarı relsdən çıxıb.

Trend-in CBC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb.

Qəzanın səbəbləri məlum deyil. Qeyd olunur ki, üç lokomotiv və bir neçə vaqon relsdən çıxıb. Əsas lokomotivdəki iki maşinist yaralanıb. Onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, digəri isə helikopterlə Tompson şəhərinin xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.