Alimlərdən yeni açıqlama: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar


Digərləri 17 Sen 2018 07:41:00 250 0

Alimlərdən yeni açıqlama: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar

Həyat tərzini 16 həftə ərzində dəyişdirmək qan təzyiqini aşağı salır və hipertenziya ilə mübarizə aparmaq üçün istifadə edilən dərman miqdarını da azaldır.

Son.az "ölkə.az"-a istinadən xəbər verir ki, bunu Amerika ürək assosiasiyasının tədqiqatçıları bildiriblər.

Kardioloqlar qeyd ediblər ki, yüksək qan təzyiqi olan insanlar pəhrizə və müntəzəm olaraq idmanla məşğul olmağa xüsusi diqqət ayırmalıdırlar. Bu məsləhət həm kişilərə, həm də qadınlara aiddir.

Alimlər 40-80 yaş arası, artıq çəkisi və yüksək qan təzyiqi olan 129 nəfər üzərində təcrübə apararaq bu qənaətə gəliblər. Onları üç qrupa bölüblər. Hər bir qrup üçün mütəxəssislər 16 həftəlik proqram hazırlayıblar.