Adi bir dərviş Şirvan taxtını necə ələ keçirdi? 40 GÜNLÜK HAKİMİYYƏT


Digərləri 17 Sen 2018 03:30:00 267 0

Adi bir dərviş Şirvan taxtını necə ələ keçirdi?  40 GÜNLÜK HAKİMİYYƏT

Şirvanşahlar dövləti Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində mövcud olub. Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Şirvanşahlar tarixində adi bir dərvişin 40 günlük də olsa taxta yiyələndiyi bir dövr olub. Bu barədə tarixçi-alim Əkbər Nəcəf məlumat verib:

"1536-cı ildə Şirvanda meydana gələn özbaşınalıqdan istifadə edən səlyanlı bir qələndəri dərviş özünü özbəklərlə döyüşdə səfəvi ordusunda iştirak edən və öldürülən Şirvanşah II Şeyx İbrahimin oğlu Sultan Məhəmməd olduğunu elan edib Şamaxını ələ keçirdi və Şirvanşah oldu. O, sadəcə 40 gün Şirvanşahlar taxtında oturmuşdur.

İ.P.Petruşevski bu şəxsdən bir "xalq inqilabçısı" düzəltmiş, Sara Aşurbəyli və Məşədixanım Nemətova da onun iddiası diqqətə alaraq buna uyğun fikirlər səsləndirmişdilər.