Cəlil Xəlilov: AzərbaycanTürkiyə birliyi əbədidir


Digərləri 16 Sen 2018 22:18:00 287 0

Cəlil Xəlilov: AzərbaycanTürkiyə birliyi əbədidir

Bakının daşnak-bolşevik qaragüruhundan azad ediməsinin 100 illik yubileyi münasibətilə keçirilən parad Azərbaycan Türkiyə birliyinin sarsılmazlığını, əbədilyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib: "Paradda Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin iştirakı 15 sentyabr gününün qardaş ölkələr üçün əzəmətinin, böyük əhəmiyyətinin təsdiqi olmaqla, həmin tarixi qələbəni bizlərə ərmağan etmiş şanlı Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığın ifadəsi idi.

1918-ci ilin 15 sentyabrında ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçilərinin rəşadəti nəsillərə nümunədir.