Hamilə qadının hər istədiyini almaq savabdırmı?


Digərləri 16 Sen 2018 22:20:00 261 0

Hamilə qadının hər istədiyini almaq savabdırmı?

Bəli, əgər ərinizin həmin şeyləri sizin üçün almağa imkanı varsa, ona görə sədəqə savabı qazanır.

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd fəzilətli dinar vardır. Allah yolunda xərclədiyin dinar, köləyə xərclədiyin dinar, yoxsullara sədəqə verdiyin dinar və ailəyə xərclədiyin dinar arasında ən böyük mükafatlısı (dəyərlisi, xeyirlisi, savablısı) ailən üçün xərclədiyindir". (Muslim: 2/692, №: 995). "Kişinin xərclədiyi ən yaxşı dinar (pul), ailəsi, Allah Təala yolunda mindiyi miniyi və Allah yolunda öz yaxınları, (dostları) üçün xərclədiyi dinardır (puldur)". (Muslim: 2/691-692, №: 994). "Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır". (Muslim, 2/692; ət-Tirmizi, 4/344; Əhməd, 8/329). Həmçinin Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "...Baxmaq məcburiyyətində olduğundan başla! Ən xeyirli sədəqə ailənə (baxmaq məcburiyyətində olduqlarına) ayrılan sədəqədir. Əl açmaqdan (dilənməkdən) çəkinən kimsəni Allah başqalarına möhtac etməz". (əl-Buxari "Zəkat", 18).