Əsrin xəstəliyi


Digərləri 16 Sen 2018 21:45:00 214 0

Əsrin xəstəliyi

"Düşünürəmsə varam" - demişdi XVI əsrdə Dekart. Lakin düşünmək var olduğumuzu göstərirmi?!...

Son.az islaminsesi.info-ya istinadən düşüncə ilə bağlı araşdırma yazını təqdim edir.

Əgər düşünmək var olduğumuzun göstəricisi olsaydı, onda bizim robotlarlardan və artıq həyatımıza daxil olmağa başlamış süni intelektdən nə fərqimiz olardı. Lakin qeyd etmək lazımdır ki, onlar düşünmürlər, bir sıra alqoritmləri izləyirlər. Bizdə isə məsələ tamamilə başqa cürdür. Digr tərəfdən heyvanlar da məhdud şəkildə düşüncə tərzinə malikdirlər. Deməli yalnız düşünmək insan olmaq üçün kifayət etmir.

İnsanda 3 dənə ana mərkəz var.

1. Bədən mərkəzi

2. Zehin mərkəzi

3. Duyğu mərkəzi

Bədən mərkəzi sahib olduğumuz bədən və fiziki xüsusiyyətlərimizdir. Ətrafda baş verən fiziki hadisələri onun vasitəsi ilə duyarıq. Bu heyvanlarda da var, lakin texnologiyada  yoxdur.

Zehin mərkəzi bizim düşüncələrimizdir. Bu heyvanlarda məhdud şəkildə , texnologiyada isə inkişaf etməkdədir.

Duyğu mərkəzi isə hiss və duyğularımızdır. Bu texnologiyada yoxdur, hevanlarda isə məhdud və saf şəkildə var.