Marixuana yaşlanma prosessinin qarşısını alır?


Digərləri 16 Sen 2018 21:26:00 238 0

Marixuana yaşlanma prosessinin qarşısını alır?

Yeni araşdırma nəticəsində məlum olub ki, insanı "yüksək" hiss etdirən marixuananın tərkibi yaşlı siçanlarda öyrənmək qabiliyyətini və yaddaşı yaxşılaşdırır - buna bənzər testlərin insanlar üzərində aparılması bu ilin sonu üçün planlaşdırılıb. Tədqiqatçılar, yaşlanma prosesinə cəlb edilən beyin sistemlərini tədqiq edən yeni bir araşdırmanın tərkib hissəsi olaraq müxtəlif yaşlarda olan siçovullara aşağı dozada tetrahidrokannabinol (THC) veriblər. Gəmiricilərin yaddaşını sınaqdan keçirdikdən sonra tədqiqatçılara məlum olub ki, tetrahidrokannabinol aldıqdan sonra yaşlı siçanların xatırlama qabiliyyəti heç bir maddə verilməyən gənc siçanlarda olduğu kimidir.

Nature Medicine jurnalında dərc olunan tədqiqata rəhbərlik edən Andras Bilkei-Gorzo hazırda insanlarda oxşar təsirlərin olub-olmadığını öyrənmək üçün 60-dan 70 yaşa qədər 100 nəfərə yaxın könüllü üçün kiçik bir tədqiqat təşkil etdiyini bildirib. "Tetrahidrokannabinol yaşlı siçanların idrak qabiliyyətini gənc siçanların səviyyəsində bərpa etdi" - deyə o Independent-ə müsahibəsində bildirib. Yaş artdıqca, əhval-ruhiyyəyə, yaddaşa, ağrı kimi duyğulara təsir edən və həmçinin marixuana tərkibini qəbul edən beyinin endokannabinoid sistemi "aktiv şəkildə tənəzzül edir" - o deyib. "Yaşlı siçanlara tetrahidrokannabinol verilməsi nəticəsində isə sistemi süni şəkildə aktivləşirir və siqnalizasiyanı normal səviyyədə bərpa edə bilər". Lakin, gənc siçanlara tetrahidrokannabinol verildikdə, onlar bu tərkibi qəbul etməyənlərdən daha aşağı nəticə göstəriblər. Doktor Bilkei-Gorzonun sözlərinə görə, "Eyni müalicəni eyni dozada gənc siçanlara tətbiq etsək, onda bütün sistemi taqətdən salmış olarıq. "Bu olmalı olduğundan daha yüksək səviyyədədir".

Son.az yasilelm.com-a istinadən bildirir ki, University College London-un psixiatristi Michael Bloomfield, "endokannabinoid sistemi adlanan bütöv yeni bir kimyəvi sistemi açdığına görə "uğurla aparılmış" tədqiqatın "həyəcanlandırıcı" olduğunu söyləyib ki, bu, demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) kimi xəstəliklərin araşdırılmasına yol açacaq." "Ancaq tam effekli nəticə üçün daha çox araşdırma lazımdır. Bunun səbəbi tetrahidrokannabinolun, dozaya, insanın və ya heyvanın yaşına, narkotikin hansı sıxlıqda tətbiq edilməsinə və yuxarıdakı bütün növ fərqlərindən asılı olaraq çox mürəkkəb və bəzən əks təsirlər yaradır" - deyib. "Bu o deməkdir ki, yaddaş problemindən əziyyət çəkən yaşlılar üçün marixuana və ya tetrahidrokannabinol resepti yazmaq üçün həkimlərin hələ çox gözləməsi lazımdır." Almaniyanın Bonn Universitetində Dr. Bilkei-Gorzo və qrupu, iki aylıq, 12 aylıq və 18 aylıq siçanların üzərində tetrahidrokannabinolun təsirini test edib.