Bakıda III Bankçılıq Forumu keçiriləcək


Digərləri 16 Sen 2018 21:04:00 229 0

Bakıda III Bankçılıq Forumu keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid" mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır.

ABA-dan Son.az-a bildiriblər ki, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılması, həmçinin təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etməkdir.