Mini balıqlar güzgüdə özlərini tanıyır


Digərləri 16 Sen 2018 20:40:00 355 0

Mini balıqlar güzgüdə özlərini tanıyır

Güzgüyə baxdıqlarında özlərini tanımayan canlıların olduğunu eşitmək sizə təəccüblü gələ bilər, ancaq vəziyyət belədir. Bir tropik balıq növü olan "Labroides dimidiatus" yəni "təmizləyici" balıqlar, öz sınaqlarını müvəffəqiyyətlə keçdilər. Yəni güzgüyə baxdıqlarında özlərini xatırlaya bilirlər. Bəs, bu nə məna verir?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu canlıların beyin strukturları, digər canlılara görə olduqca kompleks ola bilir. Artıq bilirik ki, zəkanın beynin ölçüsü ilə birbaşa əlaqəsi olmur. Yenə də bir balığın, üstəlik barmaq ölçüsündəki kiçik bir balığın, mərcimək qədər beyni ilə öz özünü tanıya bilməsi təəccüblüdür.

"Təmizlikçi" mənasını verən "Labroides dimidiatus" adındakı bir balıq növü, sınaq keçən bəzi məməli və quşların olduğu canlı qrupuna daxil edildi. Beynəlxalq bir araşdırmaçılar qrupu, bu kiçik canlıların öz əks olunmalarını tanıya bildiklərini, beyinlərinin bir qisiminin öz varlığından xəbərdar olduğunu söylədilər.