Qaraçuxurda qəzalı ağac sakinləri narahat edir VİDEO


Digərləri 16 Sen 2018 20:46:00 277 0

Qaraçuxurda qəzalı ağac sakinləri narahat edir  VİDEO

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev küçəsində olan birşam ağacı ərazidə yaşayanları və ordan keçənləri təşvişə salır. Çünki ağac o qədər yola doğru əyilib ki, hər an aşa bilər. Üstəlik ağacın altında piyadların sıx hərəkəti müşahidə edilir və avtomobillər park edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ağac yola doğru o qədər əyilib ki, əsən güclü külək onu hər an aşıra bilər. Üstəlik ərazi avtobus dayancağı kimi istifadə edilir və burdan piyadalar tez-tez hərkət edirlər.

Görüntülər paytaxtın Suraxanı rayonu Qaraçxuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 121 b ünvanındandır. Ərazidə yaşayanların sözlərinə görə bu ağac uzun zamandır ki, belədir.

Sakinlərin sözlərinə görə ümumiyyətlə bu küçəsindəki, şam ağacları tez-tez.Lakin xoşbəxtlikdən hələki xəsarət alan olmayıb.


Xəbərə aid video