Çexiya şirkətləri Azərbaycanda iştiraklarını


Dünya 16 Sen 2018 20:36:00 245 0

Çexiya şirkətləri Azərbaycanda iştiraklarını

Çexiya şirkətləri Azərbaycanda öz iştiraklarını genişləndirmək və Azərbaycan sahibkarları ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Son.az bildirir ki, bunu Trend-ə Çexiyanın MDB ölkələri üzrə sənaye-ticarət palatasının İdarə Heyətinin sədri Frantişek Masopust deyib.

Sədr bildirib: "Artıq 10 ildir ki, bizim şirkətlərimiz bura mütəmadi olaraq gəlirlər. Bu müddət ərzində sizin ölkəniz haqqında cəlbedici məlumatları Çexiyada yaymağa müvəffəq olmuşuq və bizim şirkətlər böyük məmnuniyyətlə Azərbaycana gələrək burada tərəfdaş tapmağa maraqlıdırlar. İlk növbədə bizi ölkədəki stabillik və təhlükəsizlik cəlb edir. Hələ 12-15 il əvvəl Azərbaycan bazarına çıxarkən biz hiss etmişdik ki, qonşularınızdan fərqli olaraq məhz sizin ölkədə bizi böyük perspektivlər gözləyir. Və indi biz bir daha əminik ki, həmin dövrdə biz düzgün addım atmışıq. Azərbaycan iqtisadiyyatı stabil şəkildə inkişaf edir və hər il bura gələrkən biz bunu öz gözlərimizlə görürük. İki ölkənin biznes-strukturları arasında münasibətləri inkişaf etdirmək üçün yaxşı potensial var. Ona görə biz Azərbaycanda iştirakımızı genişləndirmək istəyirik".

Palata rəhbəri qeyd edib ki, Çexiya sahibkarları bir sıra istiqamətlər üzrə birgə fəaliyyət üçün Azərbaycandan olan tərəfdaşlarla münasibətlərin qurulmalmasında hazırdırlar.Palata rəhbəri deyib: "Biz sizinlə maşınqayırma, elektrotexnika istehsalı, nəqliyyat, turizm, tikinti sahələrində, eləcə də müxtəlif infrastruktur layihələrin həyata keçirilməsində və münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq. Biz Azərbaycana birgə fəaliyyətimiz çərçivəsində müxtəlif texnologiya və avadanlıq təqdim etməyə hazırıq. Ümumilikdə istərdik ki, biznes əməkdaşlığımız yüksək səviyyədə olsun".