Malqaraya görə qonşu ilə dava etdi,


Digərləri 16 Sen 2018 20:06:00 253 0

Malqaraya görə qonşu ilə dava etdi,

Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.

Son.az "Report"a istinadən bildirir ki,hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.

Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.