Həyatınızı hər an xilas edə biləcək


Digərləri 16 Sen 2018 19:45:00 305 0

Həyatınızı hər an xilas edə biləcək

Hər birimiz çıxılmaz vəziyyətə düşə bilər və ondan ən təhlükəsiz halda qurtulamağı diləyə bilərik. Lakin ən əhəmiyyətlisi həmin anda lazım olan məlumata malik olmaqdır.

Son.az islaminsesi.info-ya istinadən həmin vacib məlumatları sizə təqdim edir.

1. Piyada gedərkən qətiyyən mobil telefondan istifadə etməyin!

Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, piyada gedən zaman mobil telefondan istifadə beyinə həddindən artıq ziyan verir. Bu ziyanı düzəltmək isə bəzən mümkün olmur. Ziyandan əlavə isə mobil telefondan istifadə sizi tamamilə diqqətsiz və "kor" vəziyyətə salır ki, sizin qətiyyən ətrafdan xəbəriniz olmur. Bu isə sizi qəfildən hansısa avtomobilin qurbanına çevirə bilər.

2. Öz avtomobilinizi "kor" olmaqdan xilas edin!

Avtomobilinizdə güzgüləri elə istiqamətləndirin ki, yalnız özünü görməsin. Adicə içəridə olan güzgüdən siz arxanızca gələn avtomobili asanlıqla görə biləcəyiniz halda bundan özünüzü məhrum etməyin. Bu bir çox qəzaların qarşısını alar və sizin təhlükəsizliyiniz təmin edər.

3. Soyuq havalarda düzgün paltar seçimi edin!

Yadda saxlayın ki, nəm dəri temperaturu daha tez itirir. Ona görə də soyuq havalarda elə paltarlar geyinmək lazımdır ki, temperaturu dağıtmasın, əksinə insanın bədəninə toplayaraq onu isti saxlasın. Ona görə də qışda yun paltarlara üstünlük verilməlidir.

3. Təyyarədən çıxış zamanı xilasedici jileti işə salmayın!

Təyyarə qəzaya uğrayan zaman suya düşərsə və su ilə dolu salonu tərk etmək lazımdırsa xilasedici kəməri işə salmaq olmaz. Əgər işə salsanız onda jilet hava ilə dolaraq sizi təyyarənin salonuna sıxışdıracaq və bu zaman siz təyyarəni tərk edə bilməyəcəksiniz. Ən yaxşısı budur siz təyyarəni nəfəsinizi tutaraq tərk edin və bundan sonra kəməri işə salın ki, sizi suyun səthinə çıxarsın.

4. İnsanın boğazında qalmış tikəni Qeymlix üsulu ilə çıxarın!

Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, insanın başına bu hadisə gələrkən bu üsulla ona yardım edə bilərsiniz.Sadəcə olaraq qaydanı bilmək kifayət edir.

Əllərinizi həmin şəxsin döş qəfəsinin altında daraqlayın və təkan verin. Bu təkanlar sayəsində həmin adamı xilas edə bilərsiniz.

5. Yadda saxlayın insan orqanizması 3 vacib qayda ilə sağ qala bilər!

Bir çox tədqiqatlar sübut edib ki, insanlar 3 dəqiqə havasız, 3 saat ekstremal hava şəraitində evsiz, 3 gün sussuz və 3 həftə yeməksiz qalsa məhv olur.

6. Qaz plitəsinin üstündə alovlanan yanğına su tökmək olmaz!