Kişiyə magik təsir göstərən


Digərləri 16 Sen 2018 19:34:00 282 0

Kişiyə magik təsir göstərən

Psixoloqların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, qadınlar sadəcə iki sözlə kişinin qəlbini fəth edə bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, psixoloqların qənaətinə görə, "Başa düşürəm" sözləri qadınla kişini bir-birinə daha çox bağlayır.

Əgər kişi nə vaxtsa ciddi münasibətlərə hazır olmadığını deyibsə, bunun sizi nə qədər məyus etdiyini təssəvvur etmək çətin deyil. Ən gözəl illərini sevdiyin insana həsr etmək, daha sonra isə onun evliliyə hazır olmadığı demək bütün kişilərə lənət oxumaq deməkdir. Amma bundan əvvəl aşağıdakı iki sehrli sözün gücünə inanmağa çalışın.

Qadınlar ilk növbədə kişinin evliliyə hazır olmamasının səbəblərini öyrənməyə çalışır, amma bunu etmək lazım deyil. Əks halda siz onu tez-tez danlayan və izahat tələb edən anasına bənzəyəcəksiniz. Kişilər isə öz anaların "dır-dırına" dözmür.

Bunun əvəzinə gülməli bəhanələr eşidəndə sadəcə "Mən başa düşürəm" deməklə kifayətlənin. Və daha heç nə deməyin. Fasilə verin, sonra isə özü sizi daha çox cinləndirən və mübahisə etməyə vadar edən "tutarlı" səbəbləri tapmağa başlayacaq. Amma yenə də mübahisə və lazımsız sözlərin əvəzinə sadəcə bunu deyin: "Mən başa düşürəm". Bu qədər sadə cavab və sakit reaksiya onu bu nəticəyə çıxaracaq: "O, məni başa düşür".