Övladınızla sosial media müqaviləsi bağlayın


Digərləri 16 Sen 2018 19:15:00 232 0

Övladınızla sosial media müqaviləsi bağlayın

Son illərdə həyaımızda əhəmiyyətli bir yer tutan sosial media bütün münasibətlərimizə təsir etməkdədir.

Son.az islaminsesi.info-ya istinadənövladınızı sosial medianın təsirlərindən qorumaq üçün bir sıra tövsiyyələri təqdim edir. İndiyə kimi aparılan araşdırmalar göstərir ki, virtual aləmdə çox vaxt keçirmək insanları reallıqdan uzaqlaşdırır və onları xüsusi formalaşdırılmış şəxsiyyətlərə çevirir. Psixoloqlar bildirirlər ki, bu kimi əks təsirlərin qarşısını almaq üçün  valideynlər qadağanlar əvəzinə, uşaqlarla münasibət qurmağa üstünlük verməlidirlər.

Sosial medianın verdiyi ziyanlar aşağıdakı kimi təsnif edilə bilər.

Sosial medianın asılılıq səviyyəsini göstərən əlamətlərdən biri zamanın düzgün tənzimlənməməsidir. Bu nəzarətin itirilməsi vaxtın boş yerə itirilməsi yanaşı insanın ətrafı və yaxınları ilə münasibətlərinin korlanmasına gətirib çıxarır. Lakin "istədiyim zaman əl çəkə bilərəm" ideyası insana hakim olarsa o çətin bu vərdişindən əl çəkər.

Araşdırmalara görə əgər uşaq erkən yaşda sosial medianı özü üçün kəşf etsə, bu onda yanlış şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər. Bunun üçün uşağınızı sıxışdırmaq yerinə, onunla qarşı-qarşıya oturub söhbətləşmək lazımdır. İlk növbədə internet üçün ailə qaydalarını müəyyən etmək lazımdır. Belə bir müqavilə formasını sizinlə paylaşırıq.

1.Şəxsi məlumatları qətiyyən sosial mediada paylaşmaq olmaz.

2. Ailə ilə kompüterə endiriləcək proqramları müzakirə etmək lazımdır və  razılıq olarsa bu baş tutmalıdır.

3. Ailədən xəbərsiz şifrə dəyişdiriləməyəcək. Şifrə dostlara verilməyəcək və gizli heç bir hesab açılmayacaq.

4. Ailənin xəbəri olmadan heç bir söhbət məkanına girilməyəcək və şəxsi olaraq tanınmayan heç kimlə danışılmayacaq.