Xərçəng xəstəliyi sürətlə yayılır


Digərləri 16 Sen 2018 19:07:00 291 0

Xərçəng xəstəliyi sürətlə yayılır

Bu ilin sonuna qədər dünya üzrə xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı daha çox olacaq: 18.1 milyon. Xəstəlik ucbatından həyatını itirəcək insanların sayı isə 9.6 milyon nəfərə çatacaq.

2012-ci ildə isə rəqəmlər uyğun şəkildə 14.1 milyon və 8.2 milyon olub. Bu artıma səbəb dünya əhalisinin artması və yaşlanma sayıdır.

Rəqəmlər göstərir ki, hər beş kişi və hər altı qadından biri xəstəliyə tutulur.

Ölkələr varlandıqca əhalisinin xərçəngə tutulma riski, kasıb ölkələrin əhalisinə nisbətən daha da artır.

Xərçəng üzrə Beynəlxalq Araşdırma Mərkəzi (IARC) dünyada xərçəngə tutulma halları ilə bağlı mütəmadi məlumatlar təqdim edir. Xüsusilə də 185 ölkədə xərçəngin 36 müxtəlif növünü yaxından izləyir.

Araşdırmaçılar, illər ərzində xərçənglə bağlı məlumatların toplanması və ölçülməsi prosesinin inkişaf etdiyini desələr də, xərçəng və xərçəng əsaslı ölüm halları ildən-ilə artaraq ümumi bir trendə çevrilib.

Onların son hesabatı göstərir ki, insanların düçar olduğu və öldüyü xərçəng növlərindən üçdə biri ağciyər xərçəngi, qadınlarda süd vəzisi xərçəngi və bağırsaq xərçənginin payına düşür.

Tütünə nəzarət

Müəlliflər, 28 ölkədə qadınların ölümünə daha çox səbəb olan xərçəngin ağciyər xərçəngi olduğunu deyirlər.

Bu mənada ən pis göstəriciyə malik ölkələrə ABŞ, Macarıstan, Danimarka, Çin və Yeni Zelandiya daxildir.

Birləşmiş Krallığın (Britaniya) Xərçəng Araşdırması (Cancer Research UK) adlı xeyri cəmiyyətindən George Butterworth deyib: "Dünya üzrə qadınların əvvəlki illərdən daha çox ağciyər xərçənginə yoluxmasının yeganə ən böyük səbəbi tütündür.