Çimərlikdə öldürücü köpəkbalığı hücumu


Digərləri 16 Sen 2018 19:08:00 316 0

Çimərlikdə öldürücü köpəkbalığı hücumu

Köpəkbalığı hücumüna məruz qalmış kişi aldığı yaralardan hospitala aparıldıqdan sonra ölüb, Wellfleet şəhər polisi bildirib. ABŞ-ın Massachusetts ştatındakı çimərlikdə 20 yaşlarında olan kişi, güman olunduğuna görə, köpəkbalığının hücumu nəticəsində aldığı yaralardan ölüb.

Hadisə Newcomb Hollow çimərliyində şənbə günü baş verib.

Sözügedən kişi sudan çıxarılaraqdan sonra ona süni nəfəs verilib, lakin aldığı yaralar səbəbilə hospitala aparıldıqdan sonra ölüb, Wellfleet şəhər polisi bildirib.

Massachusetts ştatında köpəkbalığının hücumu nəticəsində insan ölümü hadisəsi sonuncu dəfə 1936-cı ildə qeydə alınmışdı.

AP agentliyi xəbər verir ki, hücum baş verən an sözügedən kişi dənizdə serfinq taxtası üzərində üzürmüş.

Rəsmilər hadisə baş vermiş çimərliyin 24 saat ərzində bağlı qalacağını bildiriblər.