ABŞın "çox gizli Qafqaz sirri" ifşa olundu


Dünya 16 Sen 2018 14:01:05 115 0

ABŞın "çox gizli Qafqaz sirri" ifşa olundu

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze "Russia Today"ə verdiyi müsahibədə ekspertləri Tbilisidəki Amerika laboratoriyasının faliyyəti ilə bağlı sənədləri öyrənməyə çağırıb. Bundan öncə o, 2011-ci ildə açılmış Luqar adına Mərkəzdə ABŞ-ın insanlar üzərində təcrübələr aparması və bakterioloji silahı sınaqdan keçirməsi hallarını sübuta yetirə biləcək sənədləri dərc etmişdi.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Giorqadzenin sözlərinə görə, onun əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib. Həmin sənədlərdə Giorqadze və köməkçiləri bir gün içində 24 nəfərin ölümü barədə məlumatlar aşkarlayıblar. Eyni zamanda, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Giorqadze vurğulayıb ki, yaranmış vəziyyətə diqqət cəlb etməyə və beynəlxalq araşdırmanın aparılmasına nail olmağa çalışır.

Müsahibəsində Giorqadze bildirib ki, laboratoriya rəsmən 2011-ci ildə açılsa da, 2004-cü ildən qurulub. Onun açılışında Gürcüstan hakimiyyətinin nümayəndələri və ABŞ müdafiə nazirinin müavini iştirak ediblər. Adəti üzrə, bu cür laboratoriyalar Hərbi təhlükənin ixtisarı üzrə Agentliyin (Defense Threat Reduction Agency, Kütləvi qırğın silahları ilə mübarizə üzrə ABŞ Müdafiə Nazirliyinin idarəsi - red.) bayrağı altında qurulur. Bu, Pentaqonun struktur bölməsidir. Lap əvvəldən həmin laboratoriyanın yaradılması, açılışı və fəaliyyəti ilə bağölı müxtəlif şayiələr dolaşırdı, yerli miqyasda araşdırmalar aparılırdı. Yaxınlıqda yaşamış və yaşayan insanlarda həyəcan və təhlükə hissi doğurmuşdu. Laboratoriya keçmiş Rusiya hərbi bazasının ərazisində - Tbilisidən 17 kilometr aralıda Alekseyevka adlanan kənddə yerləşir.

"Russia Today"in "2013-cü ildə Riçard Luqar Mərkəzinin bağlanması və Gürcüstan hökumətinin tabeliyinə keçməsi" ilə bağlı sualına cavab olaraq Giorqadze deyib ki, bu məlumat o qədər də səhih deyil. Onun sözlərinə görə, yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk addımlardan biri laboratoriyanın ABŞ-ın yurisdiksiyasından çıxarılaraq Gürcüstan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi olub. Səbəb isə əhalinin narahatlığı idi. 2018-ci ildən başlayaraq laboratoriyanın maliyyələşdirilməsi də Gürcüstan tərəfinə keçəcək.

Keçmiş nazir qeyd edib ki, hazırda laboratoriyada çalışan 50 nəfərdən cəmi 6-sı ABŞ mütəxəssisləridir, yerdə qalanları gürcüstanlılardır.

Giorqadze əlavə edib ki, 1990-cı illərdə analoji laboratoriya Rusiyada da fəaliyyət göstərib və prezident Putinin hakimiyyətə gəlməsindən dərhal sonra bağlanıb. "O ki qaldı postsovet məkanına... Bu sirr deyil, açlq mənbələrdə də var. Belə laboratoriyalar Ermənistanda, Azərbaycanda, Qazaxıstanda mövcuddur", - Giorqadze deyib.

Bayern Munchen-də 2 itki like
  • 16 Sen 13:46  
İdman Bayern Munchen-də 2 itki

Almaniya Bundesliqasının 3-cü turunda Bayer-i 3:1 hesabı ilə məğlub e

arrow Ətraflı
Deputat Fazil Mustafa bütün villaları general Elçin Quliyevə təhvil verməyə çağırdı like
  • 16 Sen 13:40  
Digərləri Deputat Fazil Mustafa bütün villaları general Elçin Quliyevə təhvil verməyə çağırdı

Milli Məclisin deputatı Fazil Mustafa Bakıdakı qanunsuz tikililər problemin

arrow Ətraflı
ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə qədər artıb like
  • 16 Sen 13:39  
Digərləri ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə qədər artıb

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə

arrow Ətraflı
Keçmiş əri Gülbenə təşəkkür etdi  FOTO like
  • 16 Sen 13:33  
Digərləri Keçmiş əri Gülbenə təşəkkür etdi FOTO

Müğənni Gülben Ərgənin keçmiş həyat yoldaşı Mustafa Erdoğan dəvət

arrow Ətraflı
"Bəlkə texniki məğlubiyyətdən sonra qələbə qazanacağıq" - MÜSAHİBƏ like
  • 16 Sen 13:29  
İdman "Bəlkə texniki məğlubiyyətdən sonra qələbə qazanacağıq" - MÜSAHİBƏ

"Səbail" klubunun futbolçusu Rahid Əmirquliyevin Azərbaycan Premyer Li

arrow Ətraflı
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir” like
  • 16 Sen 13:23  
Siyasət İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

İsrailli politoloq Yuri Boçarov virtualaz.org-un əməkdaşı ilə söhbətind

arrow Ətraflı
İŞİD dinc sakinlərə hücum etdi: like
  • 16 Sen 13:17  
Dünya İŞİD dinc sakinlərə hücum etdi:

İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 n

arrow Ətraflı
Tanınmış aktrisa evində yıxıldı, like
  • 16 Sen 13:10  
Dünya Tanınmış aktrisa evində yıxıldı,

Türkiyəli məşhur aktrisa Fatma Girik Bodrumda yaşadığı evində yıxılı

arrow Ətraflı
Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib" like
  • 16 Sen 13:05  
İdman Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib"

Manchester United-in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandad

arrow Ətraflı
Okeanı “ağıllı” yelkənlər təmizləyəcək like
  • 16 Sen 13:04  
Digərləri Okeanı “ağıllı” yelkənlər təmizləyəcək

Avialaynerlər və digər uçan aparatların hazırlanması ilə məşğul olan

arrow Ətraflı
ABŞda qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb  FOTO like
  • 16 Sen 12:57  
Dünya ABŞda qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb FOTO

ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13

arrow Ətraflı
Pakistanda qatar relsdən çıxdı: like
  • 16 Sen 12:51  
Dünya Pakistanda qatar relsdən çıxdı:

Pakistanda qatar relsdən çıxıb.

arrow Ətraflı