Bu il Azərbaycanda istifadəyə verilmiş obyektlərin SİYAHISI


Digərləri 16 Sen 2018 12:38:00 289 0

Bu il Azərbaycanda istifadəyə verilmiş obyektlərin SİYAHISI

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb. Ümumi sərmayənin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı obyektlərinin, 22,9 faizi xidmət sahələri üzrə obyektlərin, 7,5 faizi isə ümumi sahəsi 1247,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,7 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 25,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,7 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.